Главная > Siyasət > Masallı RİH başçısının növbəti virtual qəbulu

Masallı RİH başçısının növbəti virtual qəbulu


12-06-2020, 17:34. Разместил: yeni321
Masallı RİH başçısının növbəti virtual qəbulu 

İyunun 12-də  Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Onlayn qəbulda rayonun hüquq-mühafizə orqanları, aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, RİHB-nın şöbə müdirləri və inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edib.
 
Qəbul zamanı Yeddioymaq kənd sakini Mərdan Mətləb oğlu Həmdullayevin maddi yardım, Ağakişibəyli (Şərəfə ərazisi üzrə) kənd sakini Vüqar Fərhad oğlu Məmmədovun Ünvanlı Sosial Yardım, Banbaşı kənd sakini Əlgüşad Əli oğlu Salamovun torpağın zəbti, Göyəçöl kənd sakini Bəybala Əsədulla oğlu Əsədovun əkin sahəsinə su verilməsi, oğluna əlilli dərəcəsi təyin edilməsi, Kolatan kənd sakini Nizam Murtuza oğlu Şiriyevin çay sahəsinə su verilməsi, Boradigah qəsəbə sakini Sulduz Qəhrəman oğlu Nəzərovun övladına əlillik dərəcəsi ala bilməməsi, Ərkivan qəsəbə sakini Səadət Vasif qızı Yusifovanın evinə telefon, internet xəttinin çəkilməsi və s. ilə əlaqədar müraciətləri dinlənilib.
 
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürüb

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад