Главная > Siyasət > Masallı RİH başçısı növbəti onlayn müşavirə keçirib

Masallı RİH başçısı növbəti onlayn müşavirə keçirib


13-06-2020, 12:46. Разместил: yeni321
Masallı RİH başçısı növbəti onlayn müşavirə keçirib 

İyunun 13-də Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında növbəti videomüşavirə keçirilib.
Vidoemüşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və məktəb direktorları daxil olmaqla ümumilikdə 200 nəfər iştirak edib.
Müşavirəni giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlil edildiyini və son günlərdə virusa yoluxma hallarının sayının, xəstəliyin yayılma dinamikasının nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilməsini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Sonra rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Cəlil Nəzərov koronavirusla bağlı rayondakı son durumla bağlı geniş məlumat verib. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı haqqında məlumat verərək bildirib ki, əhali şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, tibbi maskalardan istifadə edilməli, yalnız zəruri hallarda evdən çıxılmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalı, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməklə Operativ Qərargahın tələb və tövsiyələrinə əməl edilməlidir.
Videomüşavirədə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev, Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi Rəhman Muxtarov, “Azərsun” şirkətinin baş aqronomu Sahib Rəhimov, Masallı RİHB-nın Təzə Alvadı, Çaxırlı, Həsənli və Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri çıxış ediblər.
Nazirlər Kabinetinin qərarı, xüsusi karantin rejimi müddətində bir sıra inzibati ərazi nümayəndələri tərəfindən yol verilən nöqsanlar və kənd təsərrüfatı işlərinin gedişi, o cümlədən taxıl biçini, biçilmiş sahələrin yanğından mühafizəsi, çay, tərəvəz, çəltik əkinlərinin vəziyyəti, tütün və baramanın təhvil verilməsinin davam etdirilməsi, ərazilərdə əkilmiş ağacların suvarılması və abadlıq işlərinin aparılması, yas mərasimlərinin keçirilməsinin qarşısının alınması, işıq, qaz və rabitə borclarının yığılması vəziyyəti və s. müzakirə edilib.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov “Son Zəng”lə  əlaqədar məzunları təbrik edərək bildirib ki, hər birinizi “Məzun günü” münasibətilə səmimi qəlbən təbrik edir, sizlərə müstəqil həyatınızda və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. İnanıram ki, mövcud pandemiya sizləri təhsil sahəsində ruhdan sala bilməyəcək, sizlər yüksək savad və intellekt nümayiş etdirərək ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün bütün gücünüzü səfərbər edib böyük nailiyyətlərə imza atacaqsınız.
Daha sonra rayon rəhbəri videomüşavirə iştirakçılarının timsalında Masallı sakinlərini “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə təbrik edərək qeyd edib ki, Azərbaycanın tarixində elə günlər var ki, həmin günlər xalqımızın gələcək taleyinin müəyyən olunmasında böyük başlanğıcın əsasını qoyur. Tarixi hadisələrlə zəngin belə günlərdən biri 1993-cü ilin 15 İyun tarixidir. Xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil olan bu gün təqvimdə, sadəcə, bir bayram günü deyil, ictimai, siyasi, tarixi hadisələrlə zəngin bir gündür. Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı ilə dövlətimizin idarəçiliyi təcrübəli, müdrik dövlət xadiminə etibar edildi. Beləliklə, xalqımızın tarixində yeni bir dövr başlandı.
Sonda icra başçısı həlli vacib məsələlərin icrası ilə bağlı məsul şəxslərə tapşırıq və tövsiyələrini verib.

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад