Главная > Siyasət > Masallıda vətəndaşların növbəti onlayn-qəbulu

Masallıda vətəndaşların növbəti onlayn-qəbulu


16-06-2020, 11:35. Разместил: yeni321
Masallıda vətəndaşların növbəti onlayn-qəbulu 

İyunun 16-da Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Onlayn qəbulda rayonun hüquq-mühafizə orqanları, aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, RİHB-nın şöbə müdirləri və inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edib.
Qəbul zamanı Ərkivan qəsəbə sakini Elvin Qafil oğlu Bədəlovun, Həsənli kənd sakinləri Mürüvvət Əmralı oğlu Şahbazovun, Kifayət Əyyub qızı Dövlətovanın işlə, evlə, Ünvanlı Sosial Yardımla təmin olunma, Masallı şəhər sakini Gülpəri Səməd qızı Rəhmənovanın müayinə və dərmanla təmin, Yeddioymaq kənd sakini Rəşad Şirməmməd oğlu Salmanovun, Mahmudavar kənd sakini Almas Alxas oğlu Fərəcovun payıbəlli torpaq sahəsi, Köhnə Alvadı kənd sakini Şəhla İbiş qızı Abbasoovanın maddi durumunun aşağı olması, Yeyənkənd kənd sakini Kəmalə Rzaxan qızı Nəbiyevanın evlə, oğlunun dərmanla təmin olunmasına kömək və s. ilə əlaqədar müraciətləri dinlənilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürüb.

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад