Главная > Siyasət > Masallıda RİH başçısı növbəti dəfə virtual qəbul keçirib

Masallıda RİH başçısı növbəti dəfə virtual qəbul keçirib


17-06-2020, 18:30. Разместил: yeni321
Masallıda RİH başçısı növbəti dəfə virtual qəbul keçirib 

İyunun 17-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Qəbulu açan rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə rayonun səhiyyə işçilərini, o cümlədən Respublika Prezidentinin 16 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə Masallı Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Cəlil Nəzərovu “Əməkdar həkim” fəxri adı alması ilə əlaqədar təbrik edib. Rayon rəhbəri pandemiyanın tüğyan etdiyi ilk günlərdən bu ümumbəşəri dəhşətli bəla ilə mübarizə aparan Azərbaycan həkimlərinin, eləcə də Masallının sağlamlıq keşikçilərinin fədakarlığını xüsusi vurğulayıb.
Sonra icra başçısı vətəndaşların virtual qəbuluna başlayıb.
Qəbul zamanı Yeddioymaq kənd sakinləri Südabə Tarif qızı Xanəliyevanın evinə yolun olmaması, Ruhəngiz Ağahüseyn qızı Teymurovanın aliment ala bilməməsi, Türkoba kənd sakinləri Vəkil Qarakişi oğlu Nəzərovun nəvələri ilə görüşə bilməməsi, Natiqə Ayaz qızı Nuriyevanın həyat yoldaşına əlillik dərəcəsi verilməməsi, Köçəkli (Həsənli ərazisi üzrə) kənd sakini Nənəqız Hacıbala qızı Mirzəyevanın həyətyanı torpaqla təmin olunması, Lürən kənd sakini Aliyə Allahyar qızı Ağayevanın həyat yoldaşının dərmanla təmin olunması, Xırmandalı kənd sakini Sahibə Məhərrəm qızı Əliyevanın oğlunun müalicəsinə, Masallı şəhər sakini Murad Rza oğlu Quliyevin yanan evinin təmirinə kömək göstərilməsi və s. ilə əlaqədar müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад