Главная > Siyasət > Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirilib

Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirilib


19-06-2020, 20:18. Разместил: yeni321
Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirilib 

İyunun 19-da Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında növbəti videomüşavirə keçirilib.
Vidoemüşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və məktəb direktorları da daxil olmaqla ümumilikdə 270 nəfərdən çox fəal iştirak edib.
Müşavirəni giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlil edildiyini və son günlərdə virusa yoluxma hallarının sayı, xəstəliyin yayılma dinamikasının nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 21 iyun tarixindən 5 iyul tarixinə qədər sərt karantin rejimi elan olunmasını və rayonumuzun da xüsusi karantin rejimində olan rayonlar siyahısında olmasını videomüşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd olunub ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron rayonu kimi Masallı rayonunda da insanlar SMS, xüsusi xəbərdarlıq, icazələr əsasında zərurət yarandığı halda evlərindən çıxa bilər.
Sonra rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru, Əməkdar həkim Cəlil Nəzərov koronavirusla bağlı rayondakı son durumla bağlı geniş məlumat verib. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı haqqında məlumat verərək bildirib ki, əhali şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara daha ciddi əməl etməli, tibbi maskalardan istifadə edilməli, yalnız zəruri hallarda evdən çıxmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalı, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməklə Operativ Qərargahın tələb və tövsiyələrinə əməl edilməlidir.
Videomüşavirədə Masallı rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyev, Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov və başqaları çıxış ediblər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, xüsusi karantin rejimi müddətində bir sıra inzibati ərazi nümayəndələri tərəfindən yol verilən nöqsanlar və kənd təsərrüfatı işlərinin gedişi, o cümlədən taxıl biçini, biçilmiş sahələrin yanğından mühafizəsi, çay, tərəvəz, çəltik əkinlərinin vəziyyəti, tütünün və baramanın təhvil verilməsinin davam etdirilməsi, yas mərasimlərinin keçirilməsinin qarşısının alınması, və s. müzakirə edilib.
Sonda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov həlli vacib olan məsələlərin icrası ilə bağlı məsul şəxslərə tapşırıq və tövsiyələrini verib.
 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад