Главная > Siyasət > Masallı RİH başçısının növbəti virtual qəbulu

Masallı RİH başçısının növbəti virtual qəbulu


19-06-2020, 20:22. Разместил: yeni321
Masallı RİH başçısının növbəti virtual qəbulu 

İyunun 19-da Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Onlayn qəbulda Göyəçöl kənd sakini Əmənov Mübariz Qüdrət oğlunun internetdən normal istifadə edə bilməməsi, Rüdəkənar kənd sakini Hüseynov Valid Zeyni oğlunun əlil övladına evdə dərs keçirilməməsi və ona əlillik dərəcəsi ala bilməməsi, Masallı şəhər sakini Kazımov Vasif Ağababa oğlunun yanacaqdoldurma məntəqəsinə aid olan torpağın satılması, Türkoba kənd sakini Ağayev Vəkil Mürşüd oğlu və Hüseynov Qaraxan Mirzə oğlunun ərzaq yardımları, torpaq daşınması və pay torpağında qanunsuz tikili, azyaşlı qızların erkən ərə getməsi və s. ilə əlaqədar müraciətləri dinlənilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürüb.

       “Yeni həyat”,
www.yeniheyet.az  
шаблоны для dle 11.2
Вернуться назад