Главная > Siyasət > MASALLI RİH BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU

MASALLI RİH BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU


23-06-2020, 17:00. Разместил: yeni321
MASALLI RİH BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU

İyunun 23-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Qəbul zamanı Masallı şəhər sakinlləri — ziyalı Əhəd Əhədov, din xadimləri Hacı Məftun Hüseynov və Nurəli Feyzullayev 2 iyun 2020-ci il tarixdə RİH başçısının onlayn qəbulunda bir qrup şəhər sakininin məzarlıq üçün yerin ayrılması ilə əlaqədar müraciətilərinə icra başçısı cənab Şahin Məmmədov tərəfindən baxılması, 5 hektar sahədə məzarlıq üçün torpaq sahəsinin ayrılması ilə əlaqədar minnətdarlıq bildirmişlər.
Sonra Musaküçə kənd sakini Vüsalə Quliyevanın işə düzəlməsi, Qarğalıq kənd sakini Şəfa Feyzullayevanın əlil övladına pensiya təyin edilməsi, Banbaşı kənd sakini Tərlan Dadaşovun ikinci qrup gözdən əlil oğluna birinci qrup istəməsi, Banbaşı kənd sakini Tağı Bağırovun köhnə stadion yerinin olmaması, Miyənkü kənd sakini Dilruba Xanaliyevanın evinə gələcəkdə qaz sayğacının qurulmasından ötrü pulun ödənilməsinə baxmayaraq, yanvar ayından çəkilməməsi, Səmidxan kənd sakini Səyyad Mansurovun icarə torpağında alternativ yolun olmaması, Qəriblər kənd sakini Səmədağa Səmədovun paybəlli torpağında qanunsuz tikintinin aparılması və s. ilə əlaqədar müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.

“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад