Главная > Siyasət > Masallıda RİH başçısı növbəti onlayn qəbulunu keçirib

Masallıda RİH başçısı növbəti onlayn qəbulunu keçirib


25-06-2020, 18:03. Разместил: yeni321
Masallıda RİH başçısı növbəti onlayn qəbulunu keçirib

İyun 25-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlarla növbəti virtual qəbulunu keçirib.
Onlayn qəbulda rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və  təşkilatlarının rəhbərləri, RİHB-nın şöbə müdirləri, ərazi nümayəndələri iştirak edib.
Videobağlantı zamanı Aprel qazisi, ali təhsilli Xırmandalı kənd sakini Mənsur Quliyevin işlə təmin olunması, Masallı şəhər sakinləri Məmmədağa Əhədovun maddi durum, Rəvanə Babayevanın Unvanlı Sosial Yardım və həyat yoldaşının  işlə təmin olunması, Təklə kənd sakini Rufulla Abdullayevin, Şərəfə kənd sakini Ülviyyə Cabbarovanın işlə təmin olunması, Ərkivan qəsəbə sakini Yusif Məmmədovun nəvələri ilə görüşə bilməməsi, Boradigah qəsəbə sakini Şakir Həsənovun su kanalının bağlanması səbəbindən arpa əkini sahəsinə ziyan dəyməsi, Viləş kənd sakini, II qrup əlil Teymur Teymurovun maddi durum, həyat yoldaşının  işlə təmin olunması və s. ilə əlaqədar müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb. 

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад