Главная > Siyasət > Kərim Ağayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub - MASALLI

Kərim Ağayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub - MASALLI


25-06-2020, 18:11. Разместил: yeni321

Kərim Ağayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2020-ci il tarixli Sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyəti başçısının Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kərim Ramazan oğlu Ağayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Kərim Ağayev 1 noyabr 1973-cü ildə Masallı rayonunun Tüklə ərazisinin Məmmədoba kəndində anadan olub.
1988-ci ildə Məmmədoba kənd səkkizillik, 1990-cı ildə Tüklə kənd orta məktəbini bitirib.
1992-1995-ci illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət edib. Bölmə komandiri kimi Ağdam, Ağdərə, Murovdağ, Kəlbəcər, Sərsəng Su Anbarı ətrafında gedən döyüşlərdə vuruşub.
1995-1998-ci illərdə Gəncə Pedaqoji Texnikumunu, 2008-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə işi fakültəsini bitirib.
1996-2013-cü illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, 2013-cü ildən bu günədək Masallı RİHB-nın Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır.
1999-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. 2 qızı, 1 oğlu var.

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад