Главная > Siyasət > MASALLIDA İCRA BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU
MASALLIDA İCRA BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU29-06-2020, 18:00. Разместил: yeni321 |
MASALLIDA İCRA BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU İyunun 29-da Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti virtual qəbulunu keçirib. Onlayn qəbulda rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, RİHB-nın şöbə müdirləri, ərazi nümayəndələri iştirak edib. Virtual qəbul zamanı Köhnə Alvadı kənd sakini Məhərrəməli Həsənovun işlə təmin olunması və qaz xəttinin kəsilməsi, Masallı şəhər sakinləri Şöhrət Fərəcovun (Seybətin) həyətyanı torpaqla, Raqil Cəfərovun (Kosakül) isə işlə təmin olunması, Səmidxan (Alışanlı) kənd sakini, II qrup əlil Nərminə İbrahimovanın I qrup ala bilməməsi, Yeyənkənd kənd sakini Canoğlan Canəliyevin işlə təmin olunması, Qızılağac kənd sakini, ehtiyatda olan zabit Kəmaləddin Həsənovun kompensasiya kimi kirayə pulu ala bilməməsi və s. ilə əlaqədar müraciətləri dinlənilib. Rayon icra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürüb. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |