Главная > Siyasət > MASALLIDA “MƏNİM POLİSİM” ADLI SOSİAL AKSİYA KEÇİRİLİB

MASALLIDA “MƏNİM POLİSİM” ADLI SOSİAL AKSİYA KEÇİRİLİB


2-07-2020, 20:47. Разместил: yeni321

MASALLIDA “MƏNİM POLİSİM” ADLI SOSİAL AKSİYA KEÇİRİLİB 

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “2 iyul – Azərbaycan Polisi” gününə həsr olunmuş “Mənim polisim” adlı sosial aksiya keçirilmişdir.
Sosial aksiya çərçivəsində rayon gənclər və idman idarəsinin əməkdaşlarının iştirakı ilə Masallı rayonu ərazisində Covid-19 pandemiyası dövründə xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunmuş qaydalarla bağlı quraşdırılmış stasionar postlarda xidmət aparan polis əməkdaşlarına vətəndaş həmrəyliyini, dəstəyini və təşəkkürünü bildirmişlər.
 Gerçəkləşən aksiya hüquq-mühafizə orqanlarında çalışan polisə gecə və gündüz ictimai asayişin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, insanların saglamlığının qorunmasında, təhlükəsizliyin təminatında, hüquqa zidd halların qarşısının alınmasında apardıqları yorulmaz və əvəzsiz xidmətə bir təşəkkür olaraq rayon gənclər və idman idarəsi tərəfindən polislərimizə Azərbaycanın üçrəngli bayraqları hədiyyə edilmişdir.
 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад