Главная > Siyasət > Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı rayon icra hakimiyyəti başçısının geniş tərkibdə onlayn müşavirəsi keçirilib
Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı rayon icra hakimiyyəti başçısının geniş tərkibdə onlayn müşavirəsi keçirilib3-07-2020, 19:49. Разместил: yeni321 |
Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı rayon icra hakimiyyəti başçısının geniş tərkibdə onlayn müşavirəsi keçirilib İyulun 3-də Masallı rayon İcra hakimiyyəti başçısı yanında geniş tərkibdə videomüşavirə keçirilib. Vidoemüşavirədə RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, hüquq-mühafizə orqanları, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsi, idarə-müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri, məktəb direktorları, dini icma sədrləri və imamları da daxil olmaqla ümumilikdə 730 nəfər fəal iştirak edib. Müşavirəni açan Masallı RİH başçısı Şahin Məmmədov koronavirus(COVID-19) pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və xalqımızın yolxucu infeksiyadan az zərərlə çıxması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə zəruri qabaqlayıcı tədbirlərin görüldüyünü, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin davam etdirildiyini bildirib. Ş.Məmmədov xüsusi karantin rejimi müddətində RİH başçısı yayında yaradılmış Operativ Qərargah tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq təxirəsalınmaz işlərin həyata keçirildiyini, yoluxma riskinin azaldılması istiqamətində zəruri tədbirlərin davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən yerlərdə izahetmə-xəbərdarlıq işləri davam etdirilib, əhalinin sıx olduğu məkanlarda qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Eyni zamanda təbliğat xarakterli plakatlar yapışdırılıb, könüllü gənclərin iştirakı ilə əhali arasında yolxucu infeksiya haqqında maarifləndirici bukletlərin paylanılması təmin edilmiş, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyə və tapşırıqları və sanitar-epidemioloji tələblərlə bağlı məlumatlar dövrü olaraq rayon cra hakimiyyətinin sosial şəbəkə və rəsmi internet saytında yayımlanmışdır. Əhalinin sağlamlığının qorunması məqsədilə şəhərin küçə və prospektləri xüsusi texnikalarının köməyilə dezinfeksiyaedici maddələrlə yuyulub, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri tərəfindən yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, ticarət və xidmət obyektlərində dezinfeksiyaedici maddələrlə sanitar-gigiyenik işlər aparılıb. Rayon rəhbəri koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə ölkənin bəzi şəhər və rayonlarında, o cümlədən Masallı şəhəri ərazisində xüsusi karantin rejiminin 1 avqust 2020-ci il tarixədək uzadıldığını və bununla əlaqədar bir sıra sərt karantin tədbirlərinin tətbiq edildiyini müşavirə iştirakçılarının nəzərinə çatdıraraq bu tədbirlərin Operativ Qərargahın təlimat və tövsiyələrinə uyğun aparılmasını, ərazi üzrə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunmasını tələb edib. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı koronavirus epidemiyasına qarşı mübarizədə tibbi-qoruyucu vasitələrin xüsusi əhəmiyyəti barədə söylədiyi fikirlərini bir daha xatırladan icra başçısı yerlərdə mobil və işçi qruplar tərəfindən sakinlərlə qoruyucu maska, şəxsi dezinfeksiya və tibbi-mühafizə vasitələrindən mütləq qaydada istifadəyə dair təlimatlandırma işlərinin daha da gücləndirilməsini, ictimai yerlərdə, nəqliyyat vasitələrində, avtobus dayanacaqlarında insanlar arasında sosial-təmas məsafəsinin gözlənilməsini, vətəndaşların kompakt şəkildə toplaşmasının, xüsusilə, hüzr mərasimlərində adamların kütləvi şəkildə yığılmasının qarşısının alınmasını ciddi şəkildə tələb edərək yerlərdə bütün ziyalıları, sağlam düşüncəli, ictimai fəal şəxsləri bu tədbirlərə cəlb etməyi, xüsusi olaraq qurulmuş yoxlama postlarında çətin şəraitdə məsul vəzifə icra edən qruplara yaxından köməklik etməyi tapşırmışdır. İcra başçısı yeni təyin olunan Masallı rayon Prokuroru Vəli İbrahim oğlu Mustafayevi rayon ictimaiyyəti adından təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Masallı rayon Prokuroru Vəli Mustafayev, Masallı rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov və Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov xüsusi karantin rejimi günlərində şəxsi heyətə xüsusi tapşırıqlarını verdiklərini, xüsusi karantin rejimini pozanlar barədə ciddi tədbirlərin görüləcəyini bildiriblər. İcra başçısı rayon ağsaqqallar şurasının sədri, III dərəcəli “Vətənə Xidmətə görə” ordenli dövlət qulluğu təqaüdçüsü Ələşrəf Niftiyevin 75 yaşı tamam olması münassibətilə təbrik edərək qeyd edib ki, bütün mənalı ömrünüz yalnız tərifə layiqdir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı kimi Sizin hərtərəfli fəaliyyətinizı bəyənir, 75 illik yubileyinizi təbrik edir, uzun ömür, cansağlığı, Vətənimizin yeni nailiyyətləri naminə yaradıcılıq fəaliyyəti arzu edirəm. Sonra Ə.Niftiyev, həmçinin rayon MƏSQ veteranlar şurasının sədri Məmmədağa Şiriyev, “Cənub xəbərləri” saytının redaktoru Zahir Əmənov videomüşavirədə dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməklə Operativ Qərargahın tələb və tövsiyələrinə və s. əməl etmələrini vurğulayıblar. Videomüşavirədə qeyd olunub ki, evlərdə qadınlardan ibarət məclislərin keçirilməsi müşahidə edilir. Belə məclislərin qarşısının alınması istiqamətində ciddi tədbirlər həyata keçiriləcək. RİH başçısı Şahin Məmmədov hər hansı neqativ hallara qarşı işlərin gücləndirilməsi və onların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinə dair müvafiq tapşırıq və tövsiyələrini verib. Videomüşavirədə kənd təsərrüfatı işlərinin gedişi, qanunsuz tikililər, təhsil, yay mövsümü ilə əlaqədar meşələrin, əkin sahələrinin yanğından qorunması, suya yaranan ehtiyacı ödəmək üçün mövcud su ehtiyatlarından səmərəli şəkildə istifadə olunmasını tövsiyə edilib. Sonda rayon rəhbəri həlli vacib olan məsələlərin icrası ilə bağlı məsul şəxslərə tapşırıqlarını verib. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |