Главная > Siyasət > Masallı RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu

Masallı RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu


8-07-2020, 17:31. Разместил: yeni321
Masallı RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu

İyulun 8-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Videobağlanıtda rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri  iştirak edib.
Virtual qəbul zamanı Mahmudavar kənd sakini Heydər Mehtiyev işlə təmin olunması, Təzə Alvadı kənd sakini Mikayıl Şərifov xəstə oğluna hərbi həkim komissiyasında düzgün rəy təyin edilməməsi, Öncəqala (Hüseynhacılı) kənd sakini Aşur Mahmudov əkin sahəsinə su verilməməsi, Güllütəpə (Yeni Zuvand) kənd sakini Gülafət Əhmədova məktəbdə dərs otağı və texniki avadanlığın çatışmazlığı, Ərkivan qəsəbə sakini Adil Abdullayev oğlunun evindən oğurluq edənlərin tapılmaması, Qarğalıq (Eminli) kənd sakini Fatma Həsənova maddi durumunun pis olması, Boradigah qəsəbə sakinləri Hakim Musayev və Fərhad Qəniyev payıbəlli torpaqlarına düzgün koordinat vurulmaması və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Rayon icra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürüb.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад