Главная > Siyasət > Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib

Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib


14-07-2020, 00:40. Разместил: yeni321
Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib

İyulun 15-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Şərəfə kənd sakini Rəhman Xankişiyev oğlunun Türkiyədən gətirilməsinə kömək göstərilməsi, Masallı şəhər sakini Təranə Əliyeva Ünvanlı Sosial Yardımla bağlı müraciətinə baxılmaması, Göyəçöl kənd sakini Əliqadir Ağayev iş və maddi yardımla təmin olunması, Ərkivan qəsəbə sakini Hüsniyyə Məcidova, Qodman kənd sakini Ruhəngiz Məmmədova evlərinin qəzalı olması və maddi yardım, Mahmudavar kənd sakinləri Mirzarza İbadov pay torpağında mübahisə yaranması, Adil Qasımov özünüməşğulluq proqramında iştirak edə bilməməsi, Mirələm Həsənov isə pay torpağında qanunsuz ev tikməsi, Hişkədərə kənd sakinləri – dini icmanın sədri Söhrab Ağayev, Aydın Kərimzadə kənddəki qəbiristanlıq hasarının sökülməməsi və s. ilə bağlı müraciətlərini səsləndiriblər.Videobağlantıda rayon sakinlərinin müraciətini dinləyən İcra başçısı qaldırılan problemlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək səsləndirilən məsələləri nəzarətə götürüb.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад