Главная > Siyasət > Masallı RİH başçısı vətəndaşların növbəti virtual qəbulunu keçirib
Masallı RİH başçısı vətəndaşların növbəti virtual qəbulunu keçirib17-07-2020, 18:00. Разместил: yeni321 |
Masallı RİH başçısı vətəndaşların növbəti virtual qəbulunu keçirib İyulun 17-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib. Virtual qəbul zamanı Qarğalıq (Kürdəbaz) kənd sakini Gülüstan Abı qızı Xəlilova elektrik dirəklərinin qəzalı olması, Masallı şəhər sakinləri — Samirə Hacıbala qızı Ağayeva həyətyanı torpaqla, Gülhüseyn Əlihüseyn oğlu Tahirov maddi yardımla təmin olunması, Xırmandalı kənd sakinləri Vəsilə Alişan qızı Kərimova nəvəsinin xəstə olması və qızının aliment ala bilməməsi, Əlcavad Kəlbəhüseyn oğlu Abasov maddi yardımla, Səmilə Ağadədə qızı İbayeva işlə və maddi yardımla təmin olunması, Güllütəpə (Köhnə Zuvand) kənd sakini Tofiq Əmənulla oğlu Bəşirov su xəttinə qoşulmasına maneçilik olunması, Çaxırlı kənd sakini Cavanşir Məmməd oğlu Nəbiyev ailə münaqişəsi zəminindəki narazılıqla, Viləş kənd sakini Simuzər Azər qızı Hüseynova xəstəliyilə, Qəriblər (İsi) kənd sakini Gülşad Ağalar qızı Paşayeva qonşusunun ona məxsus torpağında ev tikməsi, Təzəkənd kənd sakini Valeh Sultan oğlu Nəbiyev qaz borusunun üstündə «Ovçular maqazası»nın qanunsuz fəaliyyəti və s. ilə bağlı müraciətlərini səsləndiriblər. Müraciətləri dinləyən Masallı RİH başçısı Ş.Məmmədov vətəndaşların problemlərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, qaldırılan məsələrin nəzarətə götürüldüyünü diqqətə çatdırıb. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |