Главная > Siyasət > Masallıda “VƏTƏNƏ SEVGİ ƏN ÜLVİ HİSSDİR” mövzusunda onlayn konfrans keçirilib

Masallıda “VƏTƏNƏ SEVGİ ƏN ÜLVİ HİSSDİR” mövzusunda onlayn konfrans keçirilib


30-07-2020, 15:13. Разместил: yeni321
Masallıda “VƏTƏNƏ SEVGİ ƏN ÜLVİ HİSSDİR” mövzusunda onlayn konfrans keçirilib 

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, Masallı “Gənclər Evi” sosial xidmət müəssisəsinin, Masallı Rayon Ehtiyatda olan Zabitlər Konfederasiyasının və fəal gənclərin iştirakı ilə “Vətənə sevgi ən ülvi hissdir” mövzusunda onlayn konfrans keçirilib.

Virtual tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının aktual məsələ kimi böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, bildirib ki, gənclərə vətənpərvərlik hissinin aşılanması dövlətin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür. Ölkəmizdə gənclərin bu istiqamətdə tərbiyə olunmasına ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrlərdən başlanılıb. Ulu Öndər gənclərin himayədarları kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin
yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Son dövrlər cəbhədə Azərbaycan Ordusunun uğurları millət olaraq nəyə qadir olduğumuzu bir daha sübut edir. Qısa müddətdə bütün xalqın hər şeyi kənara qoyub bir yumruq halında birləşməsi vətənpərvərlik ruhunun yetərincə olduğunu göstərdi və Azərbaycan gənclərinin Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bir daha sübut etdi.
Videokonfransda Masallı Rayon Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədr müavini Camaləddin Məmmədov, gənclərin nümayəndəsi Rövşən Muxtarov çıxış edərək gənclərdə vətənpərvərlik tərbiyəsi öz vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibliyini, yetişməkdə olan gənc nəslin doğma yurduna mənən və ruhən bağlılığı üçün hər cür şərait və imkanlar yaradıldığını və bu imkanlardan gəncləri daha böyük əzmlə Vətəninə, doğma Azərbaycana bağlı olmasından danışıblar.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад