Главная > Siyasət > Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib

Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib


4-08-2020, 20:06. Разместил: yeni321
Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib

Avqustun 4-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti virtual qəbulunu keçirib.
Videobağlantı zamanı Bədəlan kənd sakini Samirə Şahverdi qızı Vəliyeva övladının xəstəliyi ilə, Ərkivan qəsəbə sakini Sevda Abuzər qızı Məmmədova sahibkarlar üçün ayrılan kreditlə təmin olunması, Banbaşı kənd sakini Ruhid Əlcavad oğlu Abdullayev həyətyanı torpaq sahəsinə gedən yolunun qonşusu tərəfindən zəbt edilməsi, Masallı şəhər sakinləri – 2 övlad anası, işsiz, kirayədə yaşayan Ülviyyə Rüstəm qızı Hüseynova ona ardım verilməsi, ağ ciyər xəstəsi, ailəsindən boşanmış Əlizamin Bağı oğlu Əliyev sosial yardım və müavinət verilməsi, Elçin Gülağa oğlu Ramazanova pensiya təyinatı və «Təcili yardım» maşını çağırışı, ehtiyyatda olan hərbi qulluqçu, gizir Vidadi Səhər oğlu Quliyev mənzil növbəsinə alınması, Şərəfə kənd sakini Murad Xaləddin oğlu Xəlilov Estoniyanın Tartu Universitetində magistr təhsili almaq üçün ona maddi yardım verilməsi və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Vətəndaşların müraciətlərini dinləyən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov onların problemlərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад