Главная > Siyasət > Masallı Rayon İcra Hakimiyyətində yeni təyinat

Masallı Rayon İcra Hakimiyyətində yeni təyinat


4-08-2020, 20:21. Разместил: yeni321
Masallı Rayon İcra Hakimiyyətində yeni təyinat 

Masallı Rayon İcra Hakimiyyətinın başçısı Şahin Məmmədovun 30 iyul 2020-ci il tarixli müvafiq əmri ilə Abbaszadə Abbas Əli oğlu Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunmuşdur.
Abbas Abbaszadə 16 dekabr 1975-ci ildə Masallı rayonunun Həsənli kəndində anadan olmuşdur. 1981-1992-ci illərdə Həsənli kənd tam orta məktəbində orta təhsil almışdır. 1998-ci ildə Lənkəran Pedaqoji Texnikumunu, 2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutunu bitirimişdir. 1998-2007-ci illərdə Masallı rayonunun Həsənli kənd tam orta məktəbində müəllim işləmiş, 2007-2011-ci illərdə rayonun Əhmədli kənd ümumi orta məktəbində dərs hissə müdiri və 2011-2020-ci illərdə isə Masallı Rayon Təhsil Şöbəsində metodist vəzifələrində çalışmışdır.шаблоны для dle 11.2
Вернуться назад