Главная > Siyasət > MASALLIDA VƏTƏNDAŞLARIN NÖVBƏTİ ONLAYN QƏBULU

MASALLIDA VƏTƏNDAŞLARIN NÖVBƏTİ ONLAYN QƏBULU


6-08-2020, 18:00. Разместил: yeni321
Masallıda vətəndaşların növbəti onlayn qəbulu  

Avqustun 6-da Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Masallı şəhər sakinləri Mehbarə Hüseynova maddi və ərzaq yardımı, Mahmud Ağayev işlə təmin olunması, Vüsalə Məmmədova Ünvanlı Sosial Yardım, Balarəzi Nəhmətov yaşadıqları küçənin təmiri, Şıxlar kənd sakini, II qrup əlil Azad Həmidov maddi yardım, Boradigah qəsəbə sakinləri – misgər Taleh Ağayev sex tikmək üçün torpaq sahəsinin ayrılması, Sədi Rüstəmli, Ramin İsmayılov, Ramin Dadaşov Babaser su anbarı ərazisindəki örüş sahəsinə yolun olmaması, Göyəçöl kənd sakini Bəybala Əsədov əkin sahəsinə su xəttinin çəkilməsinə kömək göstərilməsi, Təklə kənd sakini, II qrup əlil Emin Mustafalı əlillik dərəcəsinin dəyişdirilməsi və müalicəsinə kömək olunması və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад