Главная > Siyasət > GƏNCLƏR BİZİM SABAHIMIZDIR
GƏNCLƏR BİZİM SABAHIMIZDIR11-08-2020, 15:43. Разместил: yeni321 |
GƏNCLƏR BİZİM SABAHIMIZDIR Avqustun 11-də Masallı rayon Gənclər və İdman İdarəsinin, “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Gənclər bizim sabahımızdır” mövzusunda onlayn tədbir keçirilib. 12 avqust “Beynəlxalq Gənclər Günü” münasibətilə təşkil olunan videogörüşdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, sağlam, bilikli gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün önəmlidir. Çünki ölkənin gələcəyi, müqəddəratı bügünkü gənclərdən asılıdır. Böyük iftixarla deyə bilərik ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Ümummilli Lider Heydər Əliyevin gənclərə diqqəti nəticəsində Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılıb, 2 fevral tarixi Gənclər Günü kimi təsis edilib. Bu gün Ulu Öndərin gənclər siyasəti Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov qeyd edib ki, bu gün öz təşəbbüskarlığı ilə fərqlənən Azərbaycan gəncliyi cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Ölkəmizdə gənclər üçün bütün imkanlar yaradılıb. Masallı Rayon Gənclər və İdman İdarəsinin könüllülərinin sədri İslam Ərzullazadə, fəal gənclərdən – Xətai rayonundan Aynur Qənbərova, Ağdam rayonundan Röya Vəliyeva, Sumqayıt şəhərindən Fidan Həbibova, Şəki rayonundan Nərgiz Məlikova bildiriblər ki, ölkəmizdə gənclərə hər an qayğı, etimad göstərilir, onların məsul vəzifələrdə çalışmalarına hər cür imkan yaradılır. Çıxışçılar gəncləri bayram münasibətilə təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıblar. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |