Главная > Siyasət > Masallı RİH başçısının növbəti videoqəbulu

Masallı RİH başçısının növbəti videoqəbulu


11-08-2020, 18:00. Разместил: yeni321
Masallı RİH başçısının növbəti videoqəbulu 

Avqustun 11-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Boradigah qəsəbə (Mollaoba) sakini, şəhid atası Qurbanəli Yaqub oğlu Şiriyev oğluna əlillik dərəcəsinin təyin olunması Türkoba İƏD (Şatıroba) sakinləri Qaraxan Mirzə oğlu Hüseynov və Vəkil Mürşüd oğlu Ağayev su anbarının bərpa edilməsi, Sığdaş İƏD (Xanalion) sakini Nəriman Balakişi oğlu Cabbarov pay torpaq sahəsi istəməsi, Masallı şəhər sakini Zərövşə Nəcəfqulu qızı Məmmədova işlə təmin olunması, Qızılağac kənd sakini Amil Zəfər oğlu Nəsirov əlillik dərəcəsinin verilməsi ilə bağlı, Təklə İƏD (Xoşçobanlı) sakini Xəyalə Əliheydər qızı Əliyeva övladının xəstəliyi, Ərkivan qəsəbə sakini Vəfa Sadıq qızı Bağırova nəvəsinə əlillik dərəcəsinin təyin olunması, Ərkivan qəsəbə sakini Çimnaz İmran qızı Eynullayeva hepatit xəstəsi olan övladının analizlərini verilmək üçün maddi yardım, Masallı şəhər sakini, həkim Fərhad İbadov Cəfər Cabbarlı küçəsinin təmir olunmasında köməklik göstərilməsi, Masallı şəhər sakini Əlişükür Sədirxan oğlu Fərzullayev işlə təmin olunması ilə əlaqədar, Şərəfə İƏD (Ağakişibəyli) sakini Səmid Vahab oğlu Kərimli evinə gələn qaz xəttinin kəsilməsi və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Vətəndaşların müraciətlərini dinləyən Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Şahin Məmmədov onların problemlərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад