Главная > Siyasət > Masallıda Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib

Masallıda Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib


12-08-2020, 21:49. Разместил: yeni321
Masallıda Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin təşkilatçılığı, Masallı “Gənclər Evi” sosial xidmət müəssisəsi, rayon Heydər Əliyev Mərkəzi, YAP rayon təşkilatı Gənclər Birliyinin iştirakı ilə "Gənclərin gələcək seçimləri" adlı onlayn konfrans keçirilib.
12 avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfransda Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyinin direktoru Vafiq Xəlilov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Masallı “Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtim Qarayev, sədr müavini Ülvi Rufullayev və başqaları çıxış edərək müstəqillik və dövlətçiliyin möhkəmləndirilməsi və etibarlı gələcəyin təmin edilməsində gənclərin ictimai-siyasi fəallığının önəmindən danışıb, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini, bu siyasi xəttin mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşadığını vurğulayıblar.
Natiqlər rayon gənclərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад