Главная > Siyasət > Masallı RİH başçısının növbəti videoqəbulu

Masallı RİH başçısının növbəti videoqəbulu


15-08-2020, 20:11. Разместил: yeni321
Masallıda RİH başçısının növbəti videoqəbulu keçirilib 

Avqustun 15-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Masallı şəhər sakinləri – Adəm Aydın oğlu İsmayılov, Yaşar Ehtibar oğlu Ağayev, Hikmət Məhərrəməli oğlu Məhərrəmov, Nadir Abbasqulu oğlu Hüseynov, Elnur Aslan oğlu Həsənov və başqaları Masallı şəhər yollarının asfaltlanması, Qadir Arif oğlu Abbasov, Zahid Nadir oğlu Həsənov, Boradigah qəsəbə (Mollaoba) sakini Balaş Qafar oğlu Novruzov işlə təmin olunması, Şərəfə (Ağakişibəyli) kənd sakini Həyat Bərxudar qızı Həsənova övladının nevroloji xəstəliyi, ailə vəziyyətinin acınacaqlı olması, Çaxırlı (Kəlbəhüseynli) kənd sakini İltimas Mirzəcan oğlu Hüseynli tələbə övladının illik ödənişini köçürməsi üçün maddi köməklik, Qarğalıq (Eminli) sakini Oruc Ayaz oğlu Fətullayev kənddə su anbarının mövcud vəziyyəti, Qarğalıq (Xallıcallı) kənd sakini Mübariz İmran oğlu Ağayev paybəlli torpağının zəbt olunması, Qəriblər kənd sakini Müşviq Vasif oğlu Ağayev kənddə olan yazışmalar, Qarğalıq kənd sakini Zamiq Balafər oğlu Mirzəyev bələdiyyə üzvlü olaraq məhkəmədə iştirak etməsi üçün səlahiyyət verilməsi və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Vətəndaşların müraciətlərini dinləyən Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Şahin Məmmədov onların problemlərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад