Главная > Siyasət > Masallı RİH başçısının növbəti onlayn qəbulu

Masallı RİH başçısının növbəti onlayn qəbulu


18-08-2020, 21:10. Разместил: yeni321
Masallı RİH başçısının növbəti onlayn qəbulu keçirilib 

Avqustun 18-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Təklə kənd sakini, Şəhid anası Minayə Rza qızı Cəfərova həyat yoldaşının iyulun 28-də vəfat etməsi ilə əlaqədar məzar daşı qoymaq üçün maddi yardım istəməsi, Ərkivan qəsəbə sakini, birinci qrup əlil, iki övlad atası Coşqun Abdulhüseyn oğlu Hüseynov maddi durumunun yaxşı olmaması ucbatından müalicəsini davam etdirə bilməməsi, Boradigah qəsəbə İƏD (Mollaoba kəndi) sakini Rövşən Rakif oğlu Nurullayev yaşadığı ərazidə mərkəzi kanalın qazılıb istifadəyə verilməsi, Göyəçöl kənd sakinləri Sakit İsmi oğlu Ağayev, Vüqar Xıdır oğlu Həsənov və bir qrup kənd sakinləri kənddə xeyriyyəçilik işlərinə mane olan insanlar, Sərçuvar kənd İƏD (Sirəbil) sakini, Qarabağ müharibəsi əlili Mürsəl Haxverdi oğlu Şahmarov vəziyyətinin acınacaqlı olması ilə, həmçinin yaşadığı evin təmir olunması, Güllütəpə kənd sakini Mirzə Rüstəm oğlu Ağayev ona 190 manat almaqdan ünvanına imtina bildirişi gəlməsi və pandemiya dövründə verilən yardımlarla bağlı ərazi nümayəndəsindən haqsız narazılıq etməsi və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Vətəndaşların müraciətlərini dinləyən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Ş.Məmmədov axırda vətəndaşların problemlərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün vətəndaş müraciətlərinin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад