Главная > Siyasət > Mayor Anar Novruzovun şəhid olmasının 40-cı günüdür

Mayor Anar Novruzovun şəhid olmasının 40-cı günüdür


22-08-2020, 20:06. Разместил: yeni321
Mayor Anar Novruzovun şəhid olmasının 40-cı günüdür
 
Avqustun 22-də səhər saatlarından başlayaraq şəhid mayor Anar Novruzovun məzarı ziyarət edilib.
İlk öncə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, RİHB aparatının əməkdaşları, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları və sakinlər şəhid zabit Anar Novruzovun məzarını ziyarət edib, xatirəsini hörmətlə anıb, məzarı üzərinə tər gül dəstələri düzərək ruhuna dualar oxuyublar.
Sonda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şəhidin övladına və doğmalarına başsağlığı verib.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад