Главная > Siyasət > Masallı RİH başçısının növbəti videoqəbulu

Masallı RİH başçısının növbəti videoqəbulu


25-08-2020, 17:53. Разместил: yeni321
Masallı RİH başçısının növbəti videoqəbulu  

Avqustun 25-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Ərkivan qəsəbə sakini Samirə Sabir qızı Əliyeva həyat yoldaşının və övladının xəstə olması, Sığdaş kənd (Xanalion) sakini Əsədulla Dayan oğlu Əsgərov mühasibat işi ilə təmin olunması, Şərəfə kənd sakini Ağabala Sadiq oğlu Babayev kənd mədəniyyət evində Füzuli rayonundan olan qaçqın ailəsinin orada yaşaması, Şərəfə kənd sakini Yaqub Müzəffər oğlu Şahverdiyev pensiya yaşı çatsa da rayon DSMF tərəfindən incidilməsi, Türkoba kənd (Şatıroba) sakinləri Rabit Süleyman oğlu Quliyev və Babakişi Qabil oğlu Nəzərov su tutarlarının lahiyəyə uyğun bərpa edilməməsi, Qızılavar kənd sakini Gülnar Qabil qızı İbadova maddi vəziyyətinin aşağı olması, Masallı şəhər sakinləri Nargilə Murad qızı Əliyeva həyətyanı torpağı olmaması və maddi durumu, Sevil Şaban qızı Salmanova rayonda gedən tikinti-quruculuq və abadlıq işlərinə görə ölkə rəhbərinə, keçmiş və indiki icra başçısına minnətdarlıq, həmçinin həyətyanı sahəsinin bir hissəsinin hasara alınmasına kömək göstərmək, Əsmər Vasif qızı Yusifova maddi vəziyyətinin aşağı olması, Murad Fizuli oğlu Zeynalov rayonda gedən tikinti-quruculuq və abadlıq işlərinə görə ölkə rəhbərinə və icra başçısına minnətdarlıq, həmçinin evinin kiçik ticarət obyektinə keçirilməsi, Təzəkənd kənd sakini Firuzə Abasqulu qızı Əliyeva maddi vəziyyətinin aşağı olması və s. ilə bağlı müraciətlərini bildirdilər.
Vətəndaşların müraciətlərini dinləyən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov onların problemlərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад