Главная > Siyasət / Mədəniyyət / Təhsil > Prezident İlham Əliyev Bakıda yenidən qurulan binaların açılışında iştirak edib

Prezident İlham Əliyev Bakıda yenidən qurulan binaların açılışında iştirak edib


26-08-2020, 00:24. Разместил: yeni321

Prezident İlham Əliyev  Bakıda yenidən qurulan binaların açılışında iştirak edib

Yeniheyet.az President.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən tikilən yataqxana və Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəb binalarının, Suraxanı rayonunda görkəmli rəssam Səttar Bəhlulzadənin adını daşıyan Mədəniyyət Evinin açılışında iştirak edib.

Prezident İlham Əliyev Buzovnada yenidən qurulan yataqxana binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən tikilən 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış oldular.
Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, binadakı mənzillər 1, 2 və 3 otaqlıdır. Yeni yataqxana binası “Azəriqaz” QSC-nin “Bakqazmaş” zavodunun qəzalı vəziyyətdə olan beşmərtəbəli yataqxanasının yerində inşa edilib. Heydər Əliyev Fondunun nümayəndələri 2019-cu il noyabrın 11-də qəzalı vəziyyətdə olan binaya baxış keçirib və sakinlərlə görüşüblər. Həmin vaxt binanın qəzalı və yaşayış üçün təhlükəli vəziyyətdə olduğu müəyyənləşdirilib. Sakinlər dərhal kirayə mənzillərə yerləşdirilib, 2019-cu ilin dekabr ayından etibarən 8 ay ərzində inşaat işləri aparılıb.
Heydər Əliyev Fondunun layihəsi çərçivəsində tikilən binadakı mənzillər tam təmirlidir və zəruri avadanlıqla təchiz olunub.
Sakinlər onlar üçün yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

Prezident İlham Əliyev Bakının Qala qəsəbəsində 216 nömrəli tam orta məktəb binasının açılışında iştirak edib

Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəb binasının avqustun 26-da açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım yeni təhsil ocağında yaradılan şəraitlə tanış oldular.
 
Məlumat verildi ki, 216 nömrəli tam orta məktəb 624 şagird yerlikdir. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otaqları, hərbi hazırlıq otağı, informatika kabineti, idman və akt zalları, kitabxana və yeməkxana fəaliyyət göstərir. Məktəbdə videomüşahidə sistemi və fiber-optik internet quraşdırılıb.
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunan bu təhsil müəssisəsinin həyətində geniş abadlıq işləri aparılıb.

Prezident İlham Əliyev Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışında iştirak edib

Avqustun 26-da Bakının Suraxanı rayonunda görkəmli rəssam Səttar Bəhlulzadənin adını daşıyan Mədəniyyət Evinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, 1926-cı ildə inşa edilmiş bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub. Ümumi sahəsi 8662 kvadratmetr olan dördmərtəbəli binada rəqs ansamblı, vokal-instrumental qrup fəaliyyət göstərir. Burada 612 tamaşaçı yeri olan konsert-tamaşa zalı və universal səhnə, rəqs ansamblının və orkestrin məşq zalları, solistlər üçün məşq və qrim otaqları, multimedia mərkəzi, səsyazma studiyası, sərgi salonu, dərnək otaqları, texniki və köməkçi təyinatlı otaqlar yaradılıb.
Mədəniyyət Evinin 2 hektar həyətyanı ərazisində abadlıq işləri həyata keçirilib, açıq havada istirahət guşələri salınıb.
 шаблоны для dle 11.2
Вернуться назад