Главная > Siyasət > Masallı RİH başçısı növbəti videoqəbulda vətəndaşların müraciətlərini dinləyib

Masallı RİH başçısı növbəti videoqəbulda vətəndaşların müraciətlərini dinləyib


27-08-2020, 17:42. Разместил: yeni321
Masallı RİH başçısı növbəti videoqəbulda vətəndaşların müraciətlərini dinləyib 

Avqustun 27-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Güllütəpə kənd sakini Sədaqət Böyükxan qızı Bünyatovanın, Ərkivan qəsəbə sakini Nurəddin Fərail oğlu Həsənovun maddi durum, Qızılağac kənd sakini Ramal Mirzağa oğlu Ağarəhimovun evininin tikintisinə kömək göstərilməsi, Şıxlar kənd sakini Taleh Allahşükür oğlu Kərimovun doğum şəhadətnaməsində əsl anasının adının qeyd edilməsi, Sərçuvar kənd sakinləri Qeys Yolçu oğlu Məmmədov, Bəxtiyar Davud oğlu Əhmədov və digərlərinin örüş torpaq sahəsinin zəbt edilməsi, Göyəçöl kənd sakini Sarıgül Oğlanxan qızı Abıyevanın həyat yoldaşı üçün dəfn pulunun ayrılmaması, Türkoba kənd sakini Vaqiyyə Yaqub qızı Qənbərovanın boşanmış gəlininin azyaşlı uşaqlarını ataraq onun öhdəsinə buraxması, Mahmudavar kənd sakini Elvin Mirzərza oğlu İbadovun ona məxsus payıbəlli torpaq sahəsinin zəbt edilməsi və s. ilə bağlı müraciətləri dinlənilib.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaş müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək videobağlantı zamanı səslənən müraciət və təkliflərin heç birinin diqqətdən kənarda qalmayacağını, onların ətraflı öyrənilib, həll olunmasından ötrü müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.

Yeni həyat”,        
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад