Главная > Siyasət > Masallı RİH başçısı növbəti virtual qəbulunu keçirib

Masallı RİH başçısı növbəti virtual qəbulunu keçirib


1-09-2020, 19:49. Разместил: yeni321
Masallı RİH başçısı növbəti virtual qəbulunu keçirib 

Sentyabrın 1-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Güllütəpə kənd sakinləri Vaqif Mütəllimov ərazidə qazın təzyiqinin aşağı olması və müraciətinə operativ baxılmasına görə minnətdarlıq, yeni zuvandlı Hafiz Əhmədov qızının nikahının bağlanmasına kömək, Masallı şəhər sakini Xalidə İbadova yaşadığı binanın qarşısındakı ağacların Mənzil-İstismar Sahəsininin işçiləri tərəfindən kəsilməsi, Kolatan kənd sakini Zamik Cabbarov maddi vəziyyətinin pis olması, Öncəqala kənd sakini Asif Zeynalov işlə təmin olunması, Yeyənkənd kənd sakini Vüqar Adıgözəlov evinin ətrafından çirkab suların axıdılması, Lürən kənd sakini Rəfail Mahmudov ona məxsus dükanının sökülməsi, Qəriblər kənd sakini Cəmaləddin Abıyev kəndçilərinin onu haqqsız məhkəməyə verməsi, Göyəçöl kənd sakini Aidə Həsənova maddi yardım alması, Ərkivan qəsəbə sakini Səxavət Səfərov həyətyanı torpaq sahəsi, Qızılağac kənd sakini Surəddin Əbilov bələdiyyə sədrinin özbaşınalığı və icarə torpaq, Banbaşı (Böyük Xocavar) sakini Yeganə Fəyzullayeva maddi yardımla bağlı, Birinci Yeddioymaq kənd sakini Tarif Abuşov qızı Südabə Xanəliyevanın həyətinə giriş-çıxış yolunun verilməsi, İkinci Yeddioymaq kənd sakini Oktay Abdullayev şikayətinə düzgün baxılmaması və pay torpağının yararsız olması, Musaküçə kənd sakini Dilarə Teymurova həyətində ev tikintisinin dayandırılması və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaş müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək videobağlantı zamanı səslənən müraciət və təkliflərin heç birinin diqqətdən kənarda qalmayacağını, onların ətraflı öyrənilib, həll olunmasından ötrü müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.
 
 “Yeni həyat”,      
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад