Главная > Siyasət > Masallı Rayon İcra Hakimiyyəti başçısının I müavini təyin olundu

Masallı Rayon İcra Hakimiyyəti başçısının I müavini təyin olundu


3-09-2020, 21:23. Разместил: yeni321
Masallı Rayon İcra Hakimiyyəti başçısının I müavini təyin olundu 

Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun 03 sentyabr 2020-ci il tarixli əmri ilə Məmmədhüseyn Rizvan oğlu Hüseynov Masallı rayon İcra hakimiyyəti başçısının I müavini vəzifəsinə təyin olunmuşdur.
Qeyd edək ki, M. Hüseynov 1981-ci ildə Masallı rayon Xırmandalı kəndində anadan olmuşdur. 1998-ci ildə Masallı rayon Xırmandalı kənd tam orta məktəbini bitirmişdir. 2003-cü ildə Odlar Yurdu Universitetinin Hüquqşünaslıq, 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər və 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İdarəetmə fakultələrini bitirmişdir.
2004-2006-cı illərdə Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində Məsləhətçi müfəttiş, 2006-2007-ci illərdə isə həmin Mərkəzin baş məsləhətçisi, 2007-2009-cu illərdə Masallı rayon İcra hakimiyyəti başçısının köməkçisi və 2009-cu ildən hal-hazıradək Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvdür.
Ailəlidir, 2 övladı var.

“Yeni həyat”,      
www.yeniheyet.az

 

 шаблоны для dle 11.2
Вернуться назад