Главная > Siyasət > Masallı RİH başçısının növbəti virtual qəbulu

Masallı RİH başçısının növbəti virtual qəbulu


3-09-2020, 19:00. Разместил: yeni321
Masallı RİH başçısının növbəti virtual qəbulu

Sentyabrın 3-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Təklə kənd (Xoşçobanlı) sakini Nəzakət Əliyeva aliment ala bilməməsi, Kolatan kənd sakini Nizam Şiriyev kənddə kanalların doldurulması, Xırmandalı kənd sakini Zinyət Qənbərova nəvəsinin uşaqlarının əlindən alınması, Banbaşı kənd sakini Adış Əlicanov iki nəvəsinin əlillik dərəcəsi alması, Sığdaş kənd sakini Telman Güləxan Rəhimov ÜSY və maddi yardım, Sığdaş kənd (Xanalion) sakinləri Mail Məcidov, Hamlet Nəsirov kənddə torpaq mübahisəsi, Masallı şəhər sakinləri Hilal Yusifov, Namiq Əsədov torpaqla, Zahid Həsənov işlə təmin olunmaları və s. ilə bağlı müraciətlərini səslənləndiriblər.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaş müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək videobağlantı zamanı səslənən müraciət və təkliflərin heç birinin diqqətdən kənarda qalmayacağını, onların ətraflı öyrənilib, həll olunmasından ötrü müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад