Главная > Siyasət > Masallı RİH başçısı növbəti virtual qəbulunu keçirib

Masallı RİH başçısı növbəti virtual qəbulunu keçirib


8-09-2020, 21:47. Разместил: yeni321
Masallı RİH başçısı növbəti virtual qəbulunu keçirib 

Sentyabrın 8-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Çaxırlı kənd sakini Günay Rəzzaq qızı Qədirova bağçada işlə təmin olunması, I Səmidxan kənd sakini Fərid Valeh oğlu Səlimov bağçada işlə təmin olunması, Şərəfə kənd sakini Təhmasib Əlisa oğlu Əzizov 5 yaşlı uşağının cərrahiyyə əməliyyatı olunması, Qızılavar kənd sakini Mirhüseyn Məmməd oğlu Abdullayev asfalt yolu qazıb kanalizasiya suyunu keçirməsi, Miyankü kənd sakini Abdulhüseyn Məmmədhüseyn oğlu Həsənov həmkəndlisi tərəfindən mübahisə zəmnində qanunsuz torpaq zəbti, Həsənli kənd sakini, 4 uşaq atası Balağa Əzizağa oğlu Quliyev işlə təmin olunması, Tüklə kənd sakini Bakir Şakir oğlu Dadaşöv Məmmədoba özünəməşşulluq proqramında iştirakı və işıq transfarmatoru, Təzə Alvadı kənd sakini Əlipənah Ağababa oğlu Şərifov gölün döşünün çəpərə alınmasına icazə istəməsi, Hişkədərə kənd sakini Aynurə Hafiz qızı Bədəlova bağçada işlə təmin olunması, Masallı şəhər sakini Meybalı Teymur oğlu Cəfərov işlə təmin olunması və s. ilə bağlı müraciətləri dinlənilib.
Rayon icra hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaş müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək videobağlantı zamanı səslənən müraciət və təkliflərin heç birinin diqqətdən kənarda qalmayacağını, onların ətraflı öyrənilib, həll olunmasından ötrü müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад