Главная > Siyasət > Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib

Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib


10-09-2020, 21:22. Разместил: yeni321
 Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib

Sentyabrın 10-da Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti videoqəbulunu keçirib.
Virtual qəbul zamanı Ərkivan qəsəbə sakini, I qrup əlil Elçin Abdullayevin evinə gələn elektrik xəttinin təmiri, Bədəlan kənd sakinləri Yaqub Talıbov və Həbib Fərəcovun evlərinin arxasındakı su kanalının bərbad vəziyyətdə olması, eləcə də Qızılavar çayı ətrafındakı ağacların budanması, Masallı şəhər sakinləri Cəmilə Dadaşovanın xəstə övladının müalicəsinə köməyə görə rayon rəhbərinə minnətdarlıq, o cümlədən ankaloji xəstə oğlunun Rusiyaya gəndərilməsinə kömək göstərilməsi, Rahib Abiyev və Şahin Axundovun Dadva məscidinin həyətinin asfaltlanmasına görə sakinlər adından minnətdarlıq və yaşadıqları küçənin təmiri, Türkoba kənd sakini Ləyaqət Novruzovanın ona məxsus torpaq sahəsinin qeyriləri tərəfindən istifadə edilməsi, Qarğalıq kənd sakinləri Anar Əzizov və Səməd Fətullayevin Qədirlidə subartezian quyusunun qazılması, Xırmandalı kənd sakini Yeganə Əkbərovanın maddi vəziyyətinin ağır olması və evinə qaz sayğacının quraşdırılması, Mahmudavar kənd sakini Canəli Əliyevin mübahisəli payıbəlli torpaq sahəsi, Təklə kənd sakini Zenfira İbrahimovanın maddi durum, işlə təmin olunması və s. ilə bağlı müraciətləri dinlənilib.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaş müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək videobağlantı zamanı səslənən müraciət və təkliflərin heç birinin diqqətdən kənarda qalmayacağını, onların ətraflı öyrənilib, həll olunmasından ötrü müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад