Главная > Siyasət / Təhsil > MASALLI - Mahmudavar kəndində əsaslı təmir edilmiş uşaq bağçasına baxış

MASALLI - Mahmudavar kəndində əsaslı təmir edilmiş uşaq bağçasına baxış


13-09-2020, 22:26. Разместил: yeni321
Mahmudavar kəndində əsaslı təmir edilmiş uşaq bağçasına baxış

Bu gün abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı Masallıda körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əsaslı işlər görülür. Yeni bağçaların tikintisi ilə yanaşı, tələbata cavab verməyən binalar da əsaslı təmir olunur, bərpa işləri aparılaraq yenidən qurulur.
Artıq bu istiqamətdə rayonda işlər görülməkdədir. Sentyabrın 10-da Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Mahmudavar kəndində əsaslı təmir edilmiş uşaq bağçasındakı mövcud vəziyyətlə tanış olub, bağçanın bütün otaqlarına baxıb.
Tanışlıq zamanı məlum olub ki, iki mərtəbəli bağça binası istilik sistemi ilə təchiz olunub. Azyaşlılar üçün əyləncə, yataq, idman, məşğələ, həkim otaqları, mətbəx və yeməkxana, sanitar qovşaqları, ərzaq anbarı tam hazır vəziyyətə gətirilib.
Məlumat üçün bildirək ki, uşaq müəssisəsi RİH-in təşəbbüsü, Heydər Əliyev fondunun dəstəyi ilə iş adamı Sərxan Babayev tərəfindən təmir olunub.
Bağçanın müdiri Zenfira Bağırova bildirib ki, 3 qrup üzrə fəaliyyət göstərəcək bağçada 16 işçi çalışacaq ki, bunlardan 5-i tərbiyəçi-müəllimdir.
RİH başçısı Şahin Məmmədov kollektivlə görüş zamanı qeyd edib ki, bu gün uşaqların yüksək təlim-tərbiyə və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin başlıca prinsiplərindəndir. Ümummilli Liderimiz Heydər Əliyevin vurğuladığı kimi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə inkişaf etdirilir. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına geniş yer ayrılıb.
Ölkəmizdə uşaqlara qayğı həmişə ön plandadır. Təhsilin başlanğıcı məhz uşaq bağçasından başlayır. Bu məqsədlə respublikamızda hər il onlarca uşaq-tərbiyə müəssisəsi tikilir və ya əsaslı təmir olunur.
Təhsilin mənbəyi hesab olunan məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində Masallıda da mühüm addımlar atılmaqdadır. Bu il rayonda 7 məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi nəzərdə tutulub. Artıq bu sahədə işlər görülməkdədir.
Xeyriyyəçilik bizim millətin, xalqın qanında var. Masallıda xeyriyyəçilik missiyasını üzərinə götürmüş insanlar az deyil. El-obasına insanlıq və millət sevgisini sərgiləyən layiqli övladlar böyük mesenant Hacı Zeynalbdin Tağıyevin yolunu davam etdirirlər.  Ötən il martın 7-də bağça binasında təmir-bərpa işlərinin başlanması barədə təklif verilmişdi. Budur, artıq bu gün qarçısında dayandığımız geniş bina, gözəl şəraitli bağça mahmudavarlıların narahatçılığına son qoyub.
Rayon rəhbəri 60 yerlik uşaq bağçasında görülən işlərlə tanışlıqdan sonra məsul şəxslərə tapşırıq və tövsiyələrini verib, bağçanın kollektivini təbrik edib, xoş arzularını çatdırıb.
Kollektiv ölkə və rayon rəhbərinə, bağçanın əsaslı təmirində zəhməti keçən hər kəsə minnətdarlıq, bundan sonra daha da məsuliyyətlə çalışacaqlarını və onlara göstərilən etimadı doğruldacaqlarını bildirib.

Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад