Главная > Siyasət > Masallıda vətəndaşların növbəti virtual qəbulu

Masallıda vətəndaşların növbəti virtual qəbulu


14-09-2020, 21:57. Разместил: yeni321
Masallıda vətəndaşların növbəti virtual qəbulu 

Sentyabrın 14-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti videoqəbulunu keçirib.
Virtual qəbul zamanı Təklə (Ləngan) kənd sakini Yavər Şahverdi oğlu İsmayılov 4 illik Ləngan məktəbinin 8 illik edilməsi barədə, Həsənli (Köçəkli) kənd sakini, Şəhid atası Sabir Teymur oğlu Yaqubov subsidiya kartında olan puluna 1 kiloqram buğdanın 1manata verilməsi, Həsənli (Təkdam) kənd sakini İslam Adəm oğlu Vəlişov övladının əməliyyat olunmasından ötrü maddi yardım edilməsi, Həsənli (Köçəkli) kənd sakini, Qarabağ müharibəsi əlili Kamil Elbəyi oğlu Mirzəyev evi olmaması və maddi imkanının pis olması, Kolatan kənd sakini Əntiqə Xudaqulu qızı Mikayılova iki gözləri də görməyən qızına əlillik dərəcəsinin verilməsi, Qəriblər (İsi) kənd sakini Gülcahan Daşdəmir qızı Allahverdiyev qaz sayğacına əsassız borc yazılması, Masallı şəhər sakini Günel İlham qızı Məmmədova yaşadığı evə yaxın yerdə elektrik dirəyinin qəzalı olması, Masallı şəhər sakinləri İlkin Balafər oğlu Mirzəyev və Əli Əsgər oğlu Əsgərli yol, su kanalizasiya və transformatorlarının bərbad halda olması, Qızılağac kənd sakinləri Səkinə Hadı qızı Ələkbərova və Tahir Ələkbər oğlu Ələkbərov otlaq sahələrinə və heyvanların örüş yerinə getməkdə çətinlik çəkmələri, Ərkivan qəsəbə sakinləri Samid İbad oğlu İbadov və Fərəc Kamal oğlu Fəttayev su kanalının həm kəndliləri tərəfindən doldurulması və s. ilə bağlı müraciətləri dinlənilib.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaş müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək videobağlantı zamanı səslənən müraciət və təkliflərin heç birinin diqqətdən kənarda qalmayacağını, onların ətraflı öyrənilib, həll olunmasından ötrü müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад