Главная > Siyasət / Təhsil > Gənc xanımların cəmiyyətimizdəki rolu
Gənc xanımların cəmiyyətimizdəki rolu18-09-2020, 21:41. Разместил: yeni321 |
Gənc xanımların cəmiyyətimizdəki rolu R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, rayonun Bədəlan kənd tam orta məktəbinin 10-cu sinif şagirdlərinin iştirakı ilə “Gənc xanımların cəmiyyətimizdəki rolu” mövzusunda onlayn tədbir keçirilib. Virtual tədbirdə muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva gənc məktəblilərə Azərbaycan qadınının fəaliyyətindən, ölkənin ictimai-siyası həyatında onların təmsil olunmasından danışıb. O, qeyd edib ki, elə bir sahə yoxdur ki, orada qadınılarımızın səsi eşidilməsin, fəaliyyətləri şaxələnməsin. Ə.Tağıyeva Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınına göstərilmiş diqqət və qayğıdan, onlara verdiyi yüksək dəyər və haqqlarında ifadə etdiyi səmimi tarixi fikirləri barədə danışıb. Əməkdar Mədəniyyət işçisi habelə gənc xanımlara tövsiyəsində qeyd edib ki, sizin kimi gənclərin üzərinə düşən əsas vəzifə ondan ibarətdir ki, təhsil alaraq indiki və gələcək cəmiyyətimizə böyük töhfələr verəsiniz. Buna görə də, birinci növbədə ali məktəblərə daxil olub, savad qazanmalısınız: "Bu günün gənc xanımları sabahın anası, müəllimi, həkimi, dövlət qulluqçusudur. Qızlarımız təhsildən qalmamalıdır" - deyə Ə. Tağıyeva qeyd edib. Məktəbli İlqarə Şahbazzadə hər bir xanımın təhsil almaq hüququ olduğunu, bunu həyata keçirmək üçün səy göstərməyin vacibliyini vurğulayıb. O, qeyd edib ki, gənc nəslin nümayəndələri, o cümlədən xanımların sağlam düşüncəli, geniş dünyagörüşlü olması, hərtərəfli şəxsiyyət kimi yetişmələri üçün təhsil almaları mütləqdir. Videobağlantının sonunda Ə. Tağıyeva şagirdlərə yüksək bilik əldə etmələrini, gələcəkdə şəxsi və cəmiyyətimizin həyatında yüksək mövqe tutmalarını arzulayıb. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |