Главная > Siyasət > Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib

Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib


23-09-2020, 19:37. Разместил: yeni321
Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib 

Sentyabrın 23-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti videoqəbulunu keçirib.
Virtual qəbul zamanı Masallı şəhər sakini Aydın Abdin oğlu Musayev işlə təmin olunması, Dilbər Beytulla qızı Məmmədova tibbi rəy ala bilməməsi, Həsənli kənd sakini Gülnurə Tağı qızı Abbasova məktəb direktorunun dərs bölgüsünün çox hissəsini öz ailəsinə verməsi, Ərkivan qəsəbə sakini Aynur Səftər qızı Soltanlı DİM-də imtahan verib 43 bal toplaması, amma işə qəbul olmaması, Boradigah qəsəbə sakiniu Həlimə Vaqif qızı Əsədova vakant olan kitabxana müdiri vəzifəsinə təyin olunması, Şıxlar kənd sakini Məhəmməd Musabala oğlu Həsənov əlilliklə bağlı sənədlərinin Bakıya göndərilməməsi, Çaxırlı kənd sakini Telman İsmayıl oğlu Abbasov açıq ürək əməliyyatı olunması və dövlət hesabına xəstəxanada dərmanla təmin olunması və s. ilə bağlı müraciətləri dinlənilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaş müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək videobağlantı zamanı səslənən müraciət və təkliflərin heç birinin diqqətdən kənarda qalmayacağını, onların ətraflı öyrənilib, həll olunmasından ötrü müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад