Главная > Siyasət > Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib

Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib


25-09-2020, 20:38. Разместил: yeni321
Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib 

Sentyabrın 25-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti videoqəbulunu keçirib.
Virtual qəbul zamanı Hişkədərə kənd sakini Əhməd Qulamhüseyn oğlu Əhmədov, oğlu üçün ev tikmək istəməsi, Lürən kənd sakini Bəxtiyar Surət oğlu Nəzərov qəbul istəməsi ilə bağlı, Masallı şəhər sakinləri Hacı Bali oğlu Əliyev rayon yaşıllaşdırma idarəsində 2 ay işləməsi və yenidən iş istəməsi, 28 yaşlı, 4 uşaq anası Əminə Qulam qızı Səfərova həyat yoldaşının uşaqlarına diqqət yetirməməsi və iş istəməsi, ali təhsilli Əli Kamran oğlu Həsənov işlə təmin olunması, Rəşad Rafiq oğlu Tahirli iş yeri istəməsi, Qəriblər kənd sakini Cəmaləddin Aşur oğlu Abiyev şəxsi həyətyanı sahəsi ilə təmin olunması, Güllütəpə kənd sakini Sabit Əsgər oğlu Səmədov işlə təmin olunması və şəxsi ev tikməsi, Qəriblər kəndi Faiq Mirnuh oğlu Rzayev şəxsi həyətyanı sahəsi ilə təmin olunması, Rasim Fikrət oğlu Cəfərov işlə təmin olunması və s. ilə bağlı müraciətləri dinlənilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaş müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək videobağlantı zamanı səslənən müraciət və təkliflərin heç birinin diqqətdən kənarda qalmayacağını, onların ətraflı öyrənilib, həll olunmasından ötrü müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад