Главная > Siyasət > Mədəni irsin təbliğində gənclərin rolu

Mədəni irsin təbliğində gənclərin rolu


25-09-2020, 20:51. Разместил: yeni321
Mədəni irsin təbliğində gənclərin rolu

R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, Masallı Rayon Gənclər və İdman İdarəsinin, Masallı Rayon Gənclərin İnkişafı və Karyera Mərkəzinin gəncləri və könüllülərin iştirakı ilə “Mədəni irsin təbliğində gənclərimizin rolu” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda ilk çıxış edən muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva rəhbərlik etdiyi mədəniyyət müəssisəsinin zəngin eksponat fondu, fəaliyyəti, eləcə də rayonun tarixi abidələri, etnoqrafiyası barədə gənclərə ətraflı məlumatlar verib.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxışında bildirib ki, bu gün mədəniyyət sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi milli-mədəni dəyərlərin təbliği, tarixi-mədəni zənginliyin qorunması və digər istiqamətlər üstünlük təşkil edir.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin Təlim Tədris üzrə mütəxəssisi Cavidan Səfərli çıxış edərək bildirdi ki,gənclərimiz diyarımızın tarixini bilməli və təbliğində daim fəallıq göstərməlidirlər.Bu farmatda keçirilən tədbirlər gənclərimizin vətənpərvər ruhda böyüməsində və bölgəmizin tanıdılmasında önəmli rol olduğunu vurğuladı.
Onlayn tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад