Главная > Siyasət / Dünya Xəbərləri > Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub


27-09-2020, 18:50. Разместил: yeni321
Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.
Yeniheyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.
Döyüş əməliyyatları davam edir.шаблоны для dle 11.2
Вернуться назад