Главная > Siyasət / Dünya Xəbərləri > Prezident 1-ci Ordu Korpusunun komandirini Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib
Prezident 1-ci Ordu Korpusunun komandirini Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib3-10-2020, 19:22. Разместил: yeni321 |
Prezident 1-ci Ordu Korpusunun komandirini Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib Yeniheyet.az President.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib. Ona tapşırıq verilib ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin edib ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir. Вернуться назад |