Главная > Siyasət / Manşet > Prezident İlham Əliyev Quba rayonuna səfərə gəlib, bir sıra mühüm obyektlərin açılışında iştirak edib.

Prezident İlham Əliyev Quba rayonuna səfərə gəlib, bir sıra mühüm obyektlərin açılışında iştirak edib.


7-12-2017, 14:08. Разместил: yeni321
   

Prezident İlham Əliyev Quba rayonuna səfərə gəlib, bir sıra mühüm  obyektlərin açılışında iştirak edib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Quba rayonuna səfərə gəlib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.                                     
                                                 ***
AZƏRTAC-a istinadən bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-202 kilometrlik hissəsində tikiləcək yeni yolun təməlqoyma, Quba rayonunun əsaslı şəkildə yenidən qurulan Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının açılışında mərasimində iştirak edib. 
                                                    ***
 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” kompleksinin, Quba Bayraq Muzeyinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında iştirak ediblər.

                                         

шаблоны для dle 11.2
Вернуться назад