Главная > Siyasət > Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır


8-12-2017, 14:25. Разместил: yeni321
Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər gündən-günə artmaqdadır.
Bu fikir dekabrın 7-də Masallı şəhər Gənclər Mərkəzində ümummilli liderin xatirəsinə həsr olunmuş “Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda keçirilən konfransda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirib. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini vurğulayan C.Manafov qeyd edib ki, xalqımızın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası dahi rəhbərin adı ilə bağlıdır.
Masallı Dövlət Regional Kollecinin metodisti Baba Həsənov, kollecin müəllimi Nazim Əliyev, rayon gənclər və idman idarəsinin əməkdaşı Şaban Əliyev və başqaları çıxış edərək, Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışıblar.
Masallı Dövlət Regional Kollecinin tələbələrinin hazırladığı “Xalq Heydər söyləyəcək” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
 шаблоны для dle 11.2
Вернуться назад