Главная > Siyasət > Şəhidin doğum günündə

Şəhidin doğum günündə


8-12-2017, 16:06. Разместил: yeni321


Şəhidin doğum günündə
 
Keçən ilin Aprel döyüşləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha sübut etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşmən təxribatının qarşısını aldı. Bir sıra əlverişli hərbi mövqeləri düşməndən azad etdi. Bu döyüşlərdə rayonumuzun Kalinovka kənd sakini Nurlan Bayram oğlu Əsgərli də iştirak edirdi. Nurlan qəhrəmanlıqla döyüşüb şəhid oldu. Elə-obaya başucalığı gətirən kəndin igid oğlunun xatirəsi kalinovkalılar üçün əzizdir. Nurlanın ad günü, onun həyatına aid qəhrəmanlıq səhifəli xatirələr Kalinovkada tez-tez yada düşür.
N.Əsgərli 3 dekabr 1995-ci ildə bu kənddə doğulub. O, 2014-cü ilin yanvarında SHXÇDX-nın rayon şöbəsi tərəfindən əsgəri xidmətə göndərilmişdir. 2015-ci ilin iyul ayında xidmətini başa vurmişdur. Həmin vaxtdan başlayaraq könüllü olaraq xidmətini baş gizir rütbəsində davam etdirmişdir.
Keçən il Aprelin 4-də cəbhənin təmas xəttində gedən gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.
Hazırda Kalinovkanın mərkəzi küçəsi şəhid Nurlan Əsgərlinin adını daşıyır. 
Kalinovka kənd orta məktəbində şəhidin doğum günü qeyd olunan tədbirdə onun keçdiyi ömür və döyüş yoluna bir daha nəzər salınmışdır.
Görüşü giriş sözü ilə açan məktəbin müəllimi Oqtay Həsənov şəhidin qəhrəmanlıq yoluna diqqət çəkmişdir.
Kalinovka ərazi nümayəndəsi Alim Ələmov, kənd orta məktəbinin direktoru Habil Qənbərov, RTŞ-nin metodisti Gülağa Məmmədov, SHXÇDX rayon şöbəsinin nümayəndələri – kapitan Vüqar Əhmədov, leytenant Rəvan Nəsirov şəhidi yaxşı döyüşçü, Vətənə, el-obaya layiqli oğul kimi dəyərləndirmişlər.
Şəhidin valideynləri Bayram və Ziba Əsgərovalar şəhid ailəsinə qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova minnətdarlıq ifadə etmişlər.
Məktəblilər şəhidə həsr olunan kompozisiya ilə çıxış etmişlər.

Fatimə QARAYEVA,
 ştatdankənar müxbirimiz. шаблоны для dle 11.2
Вернуться назад