Главная > Siyasət > Masallı RİH başçısı Miyankü ərazisində abadlıq işləri ilə tanış olub

Masallı RİH başçısı Miyankü ərazisində abadlıq işləri ilə tanış olub


2-12-2020, 21:19. Разместил: yeni321
Masallı RİH başçısı Miyankü ərazisində abadlıq işləri ilə tanış olub 

Dekabrın 2-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Miyankü kəndi ərazisinin girəcəyində yeni hazırlanmış guşə ilə tanış olub.
Masallı rayon Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin direktoru Cəlil Nəzərov Miyankü kəndinin girişində yaradlan işlər barədə rayon rəhbərinə məlumat verib.
Bildirilib ki, yerli ornamentlərə uyğun hazırlanan ərazidə giriş hissə və burada yaradılan kiçik guşə yaxın günlərdə, Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun Böyük Qələbəsi şərəfinə istifadəyə verilib. Burada ucaldılan Azərbaycan Bayrağı gecələr də işıqlandırma sistemi ilə füsunkar və qürurverici görünür.
Görülən işləri xoş təəssüratla qarşılayan rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, belə işi Vətənini sevən, əsl vətəndaş görə bilər. Onlar xarüqələr yaradırlar. Mən həmin insanlara təşəkkür edirəm.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад