Главная > Siyasət > “Zəfər günün mübarək, Azərbaycan əsgəri”
“Zəfər günün mübarək, Azərbaycan əsgəri”9-12-2020, 15:48. Разместил: yeni321 |
“Zəfər günün mübarək, Azərbaycan əsgəri” Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi qələbə münasibəti və dekabrın 10-da keçiriləcək Zəfər paradına həsr olunmuş onlayn konfrans keçirilib. “Zəfər günün mübarək, Azərbaycan əsgəri!” adlı onlayn tədbir iştirakçılarını möhtəşəm qələbə münasibətilə təbrik edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, sentyabrın 27-dən Ermənistanın hərbi təxribatına cavab olaraq 44 günlük zəfər yürüşünə qalxan Müzəffər Ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycanın tarixini, mədəniyyətini özündə ehtiva edən, Qarabağın tacı Şuşa şəhərini, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, o cümlədən bir neçə qəsəbə və mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Haqq savaşındakı qarşısıalınmaz ardıcıl qələbələrimiz, xüsusilə Şuşanın düşmən əsarətindən xilası müharibənin taleyində həlledici rol oynadı – Ermənistanın məğlubiyyəti, kapitulyasiyası ilə nəticələndi, qarşı tərəf Kəlbəcər, Ağdam, Laçın rayonlarını əzəli sahiblərinə qaytarmağa məcbur oldu. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, siyasi iradəsi, hərb salnaməmizin şərəfli səhifələrini yazan məğlubedilməz Azərbaycan əsgərinin şücaəti, xalqımızın əzmi, dəmir yumruğumuz düşmən üzərində tarixi qələbəmizi təmin etdi. Masallı “Gənclər evi” sosial xidmət müəssisəsinin direktor əvəzi Tural Sadıqov, rayon gənclər və idman idarəsi könüllülərinin sədri İslam Ərzullazadə, gənc müəllim Rövşən Muxtarov və başqaları vurğulayıblar ki, Vətən müharibəsindəki Böyük Qələbəmiz Möhtərəm Prezidentimizin milli maraqlara söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, sarsılmaz birliyimizin, haqq işimizin, Müzəffər Ordumuzun, rəşadətli əsgərlərimizin qələbəsidir. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |