Главная > Siyasət / İdman > Masallıda Ümummilli Liderin anım günü ilə bağlı gənclərin onlayn konfransı keçirilib

Masallıda Ümummilli Liderin anım günü ilə bağlı gənclərin onlayn konfransı keçirilib


11-12-2020, 20:35. Разместил: yeni321
 
Masallıda Ümummilli Liderin anım günü ilə bağlı gənclərin onlayn konfransı  keçirilib
 
         Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar gənclərin iştrakı ilə onlayn konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
            Videokonfransı giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov müasir-müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirib. C.Manafov vurğulayıb:”Ulu Öndər şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil edib, xalqımızın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası məhz bu dahi insanın adı ilə bağlıdır. Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər günü-gündən artmaqdadır”.
             Rayon gənclər və idman idarəsinin nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi, əməkdar məşqçi Xanağa Quliyev bildirib ki, Ümummilli lider Heydər Əliyev daim idmançıların cəmiyyətdə rolunun artmasına, özlərinə layiqli yer tutmalarına xüsus diqqət yetirib. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. Azərbaycanda idmanın kütləviliyinin təmin olunması, bu sahənin tərəqqisi, dünya şöhrətli idmançıların hazırlanması ilə bağlı görülən işlər böyük vüsət aldı. İdmanı, bədən tərbiyəsini xalqın sağlamlığı ilə bağlı mühüm sosial sahə kimi dəyərləndirən Ümummilli Lider dövlətimizin dünyada tanınmasında, nüfuzunun yüksəlməsində idmanın mühüm rol oynadığını vurğulayırdı: “Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır". Heydər Əliyevin müdrik rəhbərliyi, uzaqgörən siyasəti sayəsində Azərbaycan qısa zamanda mühüm nailiyyətlər qazandı. Eləcə də bədən tərbiyəsi və idman sahəsində də möhtəşəm qələbələr əldə edildi.
           Güllütəpə və Qızılağac kənd tam orta məktəblərinin müəllimləri Qoşqar Səmədov, Sərxan Əhmədov çıxışlarında Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışdılar. Ulu Öndərin miras qoyduğu uzaqgörən siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən olduğunu bildirdilər.

“Yeni həyat”,      
www.yeniheyet.az
       шаблоны для dle 11.2
Вернуться назад