Главная > Siyasət > Masallıda Azərbaycan xalqının Ümummilli Lideri anılıb
Masallıda Azərbaycan xalqının Ümummilli Lideri anılıb12-12-2020, 20:39. Разместил: yeni321 |
![]() Dekabrın 12-də səhər saatlarından başlayaraq Masallı şəhər Heydər Əliyev Parkında xüsusi karantin rejimi qaydaları gözlənilərək, ara məsafəsi saxlanılmaqla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev rayon ictimaiyyəti tərəfindən anılıb. Ulu Öndərin vəfatının 17-ci ildönümü ilə bağlı anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, YAP Masallı rayon təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri dahi rəhbərin abidəsi önünə tər qərənfil dəstələri düzərək Ümummilli Liderin xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar. ![]() ![]() ![]() “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |