Главная > Siyasət > Əbədiyaşar şəhidlər

Əbədiyaşar şəhidlər


21-12-2020, 18:11. Разместил: yeni321
Əbədiyaşar Əli
 
Böyük Zəfər yürüşündə rəşadətli Ordumuz düşmənin sinəsinə illərlə sağalmayacaq dağlar çəkdi, meşələrdə, kol diblərində, tülkü yuvasında gizlənən tülküxislətliləri son nəfərinəcən əzəli torpaqlarımızdan qovub çıxartdı, separatçıları diz çökdürdü.
Vətən oğulları canları bahasına işğal olunan torpaqlarımızı düşmən əsarətindən azad etdilər.
 Masallı rayonundan da yüzlərcə vətənprəvər gənc bu haqq savaşına qatıldı, aralarında qəhrəmancasına şəhid olanlar, qazi adı qazananlar oldu.
İgid, cəsur Vətən oğulları ilə fəxr etmək, qürur duymaqla yanaşı, onları gələcək nəsillərə tanıtmaq ən ümdə vəzifəmizdir. Bu məqsədlə rayonun Böyük Kolatan kəndindəki şəhid Simran Rzayev adına tam orta məktəbinin təşkilatçılığı ilə Vətən müharibəsinə qazanılmış Şanlı Qələbəyə həsr olunmuş “Əbədiyaşar şəhidlər” mövzusunda onlayn tədbir keçirilib.
Müəllim və şagirdlərin iştirak etdiyi virtual tədbirdə Vətən müharibəsində qərəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan – məktəbin məzunu Əli Quliyevin döyüş yolu haqqında bəhs edilib.
   Bildirilib ki, Quliyev Əli Turac oğlu 20 oktyabr 2001-ci ildə İran İslam Respublikasının Məşhəd şəhərində dünyaya göz açıb. Altıncı sinfə qədər təhsilini orada alıb. Bundan sonra o, ailəsi ilə birlikdə doğma ünvana – Masallı rayonunun Böyük Kolatan kəndinə köçüb. Təhsilini kənd tam orta məktəbində davam etdirib. 2019-cu ildə orta təhsilini başa vurub.
Vətənə olan borcunu yerinə yetirmək üçün ordu sıralarına yola düşən Əli hərbi xidmətinə Cocuq Mərcanlıdan başlayıb. Sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsində düşmənin bir neçə postunun alınmasında fəal iştirak edib.
Oktyabrın 26-dan 27-nə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəldi, şəhadət şərbətini içərək əbədiyyətə qovuşdu. Əlinin cismi canını qurban verdiyi müqəddəs torpağımıza qarışdı. Oktyabrın 29-da Böyük Kolatan kənd (Bağıroba) qəbiristanlığında dəfn edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020- ci il tarixli Sərəncamına əsasən Silahlı Qüvvələrin əsgəri Əli Quliyev (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif olunub.
Bütöv Azərbaycan uğrunda sinəsini düşmən gülləsinə sipər edən, Vətən naminə canından, qanından keçən Əli Quliyev kimi hər bir Vətən oğlu bizimçün qəhrəmandır.

AKİF AĞAYEV, 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад