Главная > Siyasət > SƏN YAŞAYACAQSAN!
SƏN YAŞAYACAQSAN!23-12-2020, 13:00. Разместил: yeni321 |
![]() 23 dekabr “Azərbaycan Bayrağı” ordenli, “Vətən uğrunda” medallı şəhid zabitimiz Sahib Şirəliyevin vəfatının 40-cı günüdür Qarabağın incisi Şuşa şəhərinin düşməndən azad olunması 44 günlük Vətən müharibəsinin taleyini həll etdi. Bu möhtəşəm qələbə bizə, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Böyük Zəfəri bəxş etdi. Məğlubedilməz Ordumuzun, igid övladlarımızın misilisiz hünəri sayəsində qazanıldı bu Şanlı Qələbə. Masallı rayon sakini, Vətən müharibəsi şəhidi, baş leytenant Sahib Yusif oğlu Şirəliyev kimi igidlərimizin sayəsində... ![]() S.Şirəliyev orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbində almışdı. 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasında, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabit kimi vətənə qulluq edirdi. Şuşa uğrunda döyüşlərdə canını qurban verən qəhrəman hərbçimiz noyabrın 14-də, doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb. Şəhid zabitimiz həmyerlisi, Tovuz döyüşlərində şəhid olmuş mayor Anar Novruzovun məzarının yanında dəfn edilib. ![]() Şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyev respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə fədakarlığı, yüksək peşəkarlıqla rəhbərliyi, düşmənin canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsindəki rəşadəti və öz vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. ![]() *** Vətəni canı bahasına bütöv edən Sahib kimi şəhidlərimizin sayəsində nəinki düşmənlərimiz, bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü bir daha gördü. Ruhun şad olsun, şəhidim! Müqəddəs mübarizən Şanlı Qələbəmizlə yekunlaşdı. Uca məqamınla fəxr edəcəyik – SƏN YAŞAYACAQSAN! *** ![]() Ziyarətçilər qəhrəman həmyerlimizi xoş xatirələrlə anıb, onun keçdiyi şərəfli həyat yolunun hər bir gənc üçün örnək olduğunu vurğulayıblar. ![]() Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |